Şehiç izlədi, komandası darmadağınla qalib gəldi

23:06 - 25 Mart 2017

DÇ-2018-in seçmə mərhələsində 5-ci turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, Bosniya-Hersoqovina milli komandası doğma meydanda Cəbəllütariqi qəbul edib. Qarşılaşma meydan sahiblərinin 5 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

Bosniya-Hersoqovina millisinin şərəfini qoruyan "Qarabağ"ın futbolçusu İbrahim Şehiç görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Bosniya-Hersoqovina - Cəbəllütariq 5:0

QOLLAR: Vedat İbişeviç, 4, 43, Avdiya Vrsayevic, 52, Edin Visca, 56, Ermin Bicakçiç, 90+2

 

Xəbər xətti