"Qalatasaray"dan Hakan Şükürlə Arif Ərdəm qərarı

00:21 - 26 Mart 2017

Bu gün "Qalatasaray"ın Maliyə İşləri Heyətinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda FETÖ terror təşkilatıyla bağlantısı olduğu iddiası ilə axtarışa verilən Hakan Şükür və Arif Ərdəm haqqında da qərar qəbul edilib.

 

Belə ki, "sarı-qırmızılar"ın sabiq futbolçularının klubun üzvlüyündən çıxarılıb-çıxarılmaması səsə qoyulub. Nəticədə hər iki veteran oyunçunun üzvlükdə saxlanılmasına səs çoxluğu ilə qərar verilib.

Xəbər xətti