Zenyovlu Estoniyanın heç-heçəsi VİDEO

12:59 - 26 Mart 2017

DÇ-2018-in seçmə mərhələsinin V turunun oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, “Qəbələ”nin futolçusu Sergey Zenyovun da çıxış etdiyi Estoniya millisi səfər matçına çıxıb. Estonlar səfərdə Kiprin qonağı olub. Qarşılaşmada hesab açılmayıb.
 
Matça start heyətində başlayan Zenyov 79-cu dəqiqədə yerini Yanar Toometə verib.
 
Qeyd edək ki, qrupda 4 xal toplayan Estoniya millisi 6 komanda arasında 5-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti