Kamran Ağayevin əlləri əbədiləşdirildi FOTO

13:37 - 26 Mart 2017

"Facebook"da məşhur olan "Offside" səhifəsinin rəhbərləri Azərbaycan millisinin təlim-məşq bazasına baş çəkərək qapıçımız Kamran Ağayevə hədiyyə təqdim edib.

 

Sportal.az xəbər verir ki, Almaniya ilə oyundan əvvəl təcrübəli qolkiperin əhval-ruhiyyəsini yüksəltmək üçün Ağayevə xüsusi olaraq hazırlanan heykəl və "Offside" səhifəsinin hazırladığı “caps” təqdim olunub. Heykəl “Yadigar dayı” emalatxanası tərəfindən hazırlanıb.

 

Sonda "Offside" səhifəsinin adminləri milli komandamıza uğurlar arzulayıb, Kamran Ağayev isə öz növbəsində hədiyyə üçün təşəkkür edib. 

 

Xəbər xətti