Almaniya millisi Bakıda son məşqinə çıxdı VİDEO

14:02 - 26 Mart 2017

Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq Almaniya milli komandası dünən Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxdı.

 

Sportal.az xəbər verir ki, məşqə gəlməzdən əvvəl qonaq komandanın üzvləri məskunlaşdıqları oteldə bir qrup Azərbaycan və xarici ölkə vətəndaşının əhatəsinə düşüb. Bu zaman almanların baş məşqçisi Yoahim Lövlə şəkil çəkdirənlər də olub.

 

Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

Xəbər xətti