Millimiz üçün faciəvi gün - tilsim qırılacaq?

15:19 - 26 Mart 2017

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinin V turu çərçivəsində Almaniya yığmasını qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu, komandamızın 25 illik tarixi ərzində 26 mart tarixində meydana çıxacağı yeddinci qarşılaşma olacaq.

 

Maraqlıdır ki, bu gün millimizin tarixində ən uğursuzlardan biri hesab  olunur. Çünki komandamız həmin tarixdə keçirdiyi 6 oyunun hamısında uduzub, heç qol da vura bilməyib.

 

Milli komandamızın martın 26-da keçirdiyi matçlar:


1999-cu il: Portuqaliya 7:0 Azərbaycan (Avro-2000)

2002-ci il:  Albaniya 1:0 Azərbaycan (Yoxlama oyunu)

2005-ci il: Polşa 8:0 Azərbaycan (DÇ-2006)

2008-ci il: Litva  1:0 Azərbaycan (Yoxlama oyunu)

2013-cü il: Azərbaycan 0:2 Portuqaliya (Avro-2014)

2016-cı il: Qazaxıstan 1:0 Azərbaycan (Yoxlama oyunu)

Xəbər xətti