Millimiz Türkiyəyə yollandı

15:45 - 26 Mart 2017

21 yaşadək futbolçulardan ibarət milli komandamız Türkiyəyə yola düşüb.

 

Sportal.az xəbər verir ki, Yaşar Vahabzadənin rəhbərlik etdiyi yığmamız ötən gecə saat 02:00 radələrində sözügedən ölkəyə səfər edib.

 

Səfərin məqsədi yoxlama oyunu ilə bağlıdır. Belə ki, komandamız martın 28-də Türkiyədən olan həmyaşıdları ilə yoxlama oyunu keçirəcək. Matç “Kasımpaşa”nın ev oyunlarını keçirdiyi Rəcəb Tayyib Ərdoğan adına stadionunda baş tutacaq.

 

Qeyd edək Türkiyə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər xətti