Dəniz Yılmaz: "Tomas Müllerlə dialoqumuz bundan irəli gəlirdi" MÜSAHİBƏ

01:46 - 27 Mart 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Almaniya matçı qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra millimizin üzvü Dəniz Yılmaz əməkdaşımızın suallarını cavablandırıb.

 

- Almaniya çox yaxşı komandadır. Dünya və Avropa çempionu olan komandaya qarşı oynadıq. Onlara qarşı mübarizə aparmaq asan deyil.

 

- Komanda yoldaşlarınla anlaşmırdın...

- Deməzdim ki, komanda yoldaşlarımı başa düşməkdə çətinlik çəkirdim. Məncə, hər şey yaxşı idi.

 

- İkinci oyundur ki, start heyətdə yer almırsan. Narazılığın yoxdu?

- Bu, problem deyil. Heç bir narazıçılığım yoxdur.  Baş məşqçi necə qərar verirsə, ona da hörmət edirəm. Azərbaycan millisini seçdiyimə görə peşman deyiləm.

 

- Bir zamanlar Tomas Müllerlə "Bavariya"da çıxış etmisən. Oyunun gedişində dialoqunuz yaşandı. Nə baş verirdi?

- Dəyişən bir şey yoxdur. Tomas Müller dostumdu, “Bavariya”da bir yerdə oynamışıq. Yaxşı anlaşırıq, dialoqumuz da dostluqdan irəli gəlirdi.

 

- Millimizin qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsən?

- Pozitiv düşünürük. İrəlidə oyunlarımız var və inanırıq ki, qrupdan çıxa biləcəyik.

Xəbər xətti