Maykl Onil: "Azərbaycanı məğlub edib xal fərqini artırmaq istəyirik"

10:53 - 27 Mart 2017

“Möhtəşəm qələbə qazandıq. Komandamdan razı qaldım".

 

Sportal.az xəbər verir ki, bu sözlər millimizin DÇ-208-in seçmə mərhələsindəki rəqibi Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`nilə məxsusdur. 

 

Britaniyalılar mərhələnin V turunda öz meydanında Norveç yığmasını qəbul edib və növbəti qələbəsini qazanıb. Matç haqda açıqlama verən təcrübəli çalışdırıcı oyundan əvvəl ehtiyalı olduğunu deyib: "Oyundan əvvəl ehtiyatlanırdım. Lars Laqerbak kimi baş məşqçinin komandasından çəkinmək lazımdı. Məncə, meydana buraxdığım 14 futbolçu fantastik iş gördü”.

 

Baş məşqçi bildirib ki, qrupdan çıxmaq üçün səfərdə Azərbaycan millisini də məğlub etməlidirlər: “Norveçin itirəsi heç nəyi yox idi. Qrupda vəziyyətlərini yaxşılaşdırmaq üçün mütləq qalib gəlməli idilər. Çox ağır oyun oldu. Növbəti matçımız isə səfərdə Azərbaycana qarşıdır. Hazırda onları 3 xal qabaqlayırıq və məqsədimiz Azərbaycanı məğlub etmək, xal fərqini 6-ya yüksəltməkdir".

 

O`nil Bakıdakı oyuna ciddi hazırlaşacaqlarını deyib: "Bakıda bizi çətin oyun gözləyir. Həmin oyuna yüksək səviyyədə hazırlaşmalıyıq. Həmçinin, Çexiya yığması da bizi keçə bilər. Onlar bizə, biz də onlara baxırıq. Qrupda 10 xal toplamışıq, 10 qol vurmuşuq və qapımızdan cəmi 2 top görmüşük. Həmin 2 qolu da Almaniya yığması qapımızdan keçirib. Komandamla fəxr edirəm”.

 

Qeyd edək ki, Şimali İrlandiya millisi öz meydanında yığmamızı 4:0 hesabı ilə məğlub etmişdi. 

Xəbər xətti