Millimiz Estoniyanı darmadağın etdi

11:36 - 27 Mart 2017

Estoniyanın paytaxtı Tallinndə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. 

 

Sportal.az-ın məlumatına görə, Estoniyanın U-19 komandası ilə qarşılaşan millimiz 5:2 hesabı ilə qalib gəlib. Bahadur Həziyevin dubl etdiyi qarşılaşmada hərəyə 1 dəfə Elçin Əsədov, Fərid Nəbiyev və Əli Sadıqov fərqlənib.

 

Qeyd edək ki, bu komandalar arasında martın 25-də keçirilən yoldaşlıq görüşündə hesab açılmamışdı.

Xəbər xətti