Millinin baş məşqçisi istefaya göndərildi

12:50 - 27 Mart 2017

Hollandiya millisi baş məşqçisi Denni Blindlə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxış olub. DÇ-2018-in seçmə mərhələsində səfərdə Bolqarıstana məğlub olan hollandlar baş məşqçi Denni Blindlə müqaviləyə xitam verib.

 

Qeyd edək ki, 55 yaşlı mütəxəssis 2015-ci ildən millini çalışdırırdı.

 

Əlavə edək ki, DÇ-2018-in seçmə mərhələsində A qrupunda mübarizə aparan Hollandiya qrupda 5 oyundan sonra 7 xalla 4-cüdür.

Xəbər xətti