Reynaldonun oynamamasının səbəbi bəlli oldu

14:36 - 27 Mart 2017

“Qarabağ”dan Türkiyənin “Adanaspor” klubuna transfer olunan Reynaldo Silva zədələnib.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçunun adı bu səbəbdən də Superliqanın XXV turunda “Akhisar”la oyunun iştirak ərizəsinə daxil edilməmişdi.

 

Türkiyə mətbuatının yaydığı xəbərə görə, “sambaçı” hələ də zədəsini sağalda bilməyib. Belə ki, XXVI turda “Qalatasaray”ın qonağı olacaq Adana təmsilçisi bu gün hazırlıqlarını davam etdirib. Ancaq Reynaldo bu dəfə də məşqdən kənarda qalıb.  

 

Qeyd edək ki, qış transfer dönəmində “Qarabağ”dan “Adanaspor”a keçən braziliyalı hücumçu komandada qol hesabını aça bilməyib.

Xəbər xətti