Səlahət Ağayev məşqlərə başladı

16:25 - 27 Mart 2017

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ”ni qəbul edəcək “İnter” hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, millimizin düşərgəsində zədə alan qolkiper Səlaət Ağayev də məşqlərə başlayıb. Onun “Qəbələ” ilə oyunda iştirak edəcəyi gözlənilir.

 

Qeyd edək ki, “İnter” – “Qəbələ” oyunu martın 30-da baş tutacaq.

Xəbər xətti