Arda Turan zədələndi

16:39 - 27 Mart 2017

Bu gün yoldaşlıq oyunları çərçivəsində Moldova ilə qarşılaşacaq Türkiyə millisi ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, “ay-ulduzlular”ın baş məşqçisi Fatih Terim Arda Turanın xidmətindən məhrum olub. Türkiyə Futbol Federasiyasının rəsmi saytına yer alan xəbərə görə, “Barselona”nın futbolçusu  qasıq nahiyəsindəki zədəyə görə Moldovaya qarşı oynamayacaq.  

 

Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.

Xəbər xətti