"Mbappe minimum 2 il "Monako"da qalmalıdı"

"Monako"nun gənc futbolçusu Kilian Mbappenin karyerasını harada davam etdirəcəyi maraqla gözlənilir.

 

Sportal.az xəbər verir ki, Fransa futbolunun əfsanələrindən hesab edilən Rober Pires 18 yaşlı hücumçunun bir müddət "knyazlıq" klubunda qalmalı olduğunu bildirb. "Skysports"a açıqlama verən veteran futbolçu Mbappenin inkişaf etməsi üçün ən azı 2 il "Monako"da oynamalı olduğunu deyib:

 

"Əgər Mbappeya tövsiyyə verməli olsam, minimum 2 il "Monako"da qalmasının lazım olduğunu deyərəm. Çünki, o hazırda çox gəncdi və daha çox oynamağa ehtiyacı var. "Real" istəyir deyə, getməyə məcbur deyilsiz. Bəlkə də dünyanın ən böyük klubudu, amma orada təzyiq çoxdu. Buna görə də Mbappenin bir müddət "Monako"da qalması yaxşı olar. Hazırdı bu onun üçün ən möhtəşəm seçimdi"

Tarix: 29 Mart [18:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio