"Tottenhem"in futbolçusu üçün mövsüm erkən başa çatdı

00:34 - 30 Mart 2017

Londonun "Tottenhem" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin oktyabrından zədə səbəbindən komandadan ayrı düşən 25 yaşlı yarımmüdafiəçisi Erik Lamela şənbə günü əməliyyat olunub.

 

Bu barədə məlumat Premyer Liqa təmsilçisinin rəsmi saytından verilib. Argentinalı futbolçunun mövsümün sonunadək yaşıl meydanlardan kənar qalacağı bildirilir.

 

Qeyd edək ki, Lamela zədlənənədək "Tottenhem"in heyətində Avroruboklar, İngiltərə kuboku və Premyer Liqada meydana çıxdığı 14 qarşılaşmada 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti