Məsut Özil: "Ürəyim "Real" deyir"

00:55 - 30 Mart 2017

Almaniya millisinin üzvü Məsut Özil gələcək karyerasından danışıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Bild” nəşrinə verdiyi açıqlamada “Arsenal”dan getmək ehtimalı olduğunu deyib: “Arsenal”la 1 illik müqaviləm var. Futbolda hər dəqiqə yenilik ola bilər. Amma mən yekun qərarımı verməmişəm. Mövsümün sonunda düşünüb, yekun qərarımı verəcəm”.

 

Özil Almaniya Bundesliqasında oynamaq ehtimalının olduğunu deyib: “Əlbəttə, bu bir seçimdir. Ailəm, xüsusən də anam belə bir məsələdən xəbərdar olsa, xoşbəxtlikdən uçar”.

 

“Topçular”ın üzvü Çempionlar Liqasının ¼ final mərhələsində baş tutacaq “Real” – “Bavariya” görüşündən də danışıb: “Ürəyim “Real” deyir. Çünki orda oynamışam və çox istədiyim dostlarım hələ də ordadır”. 

Xəbər xətti