"Qəbələ" və "Qarabağ"dan qələbə YENİLƏNİB

21:23 - 30 Mart 2017

Bu gün Azərbaycan Kuboku uğrunda yarışın yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.

 

Sportal.az xəbər verir ki, hər iki qarşılaşma Bakıda baş tutacaq. "Neftçi" doğma azarkeşləri önündə "Qarabağ"ı, "İnter" isə "Qəbələ"ni qəbul edəcək.

 

Medalçılar sırasına düşmək iddiasından əl çəkən "ağ-qaralar"ın bütün gücünü kuboka yönəldəcəyi heç kimə sirr deyil. Məhz bu amil ağdamlıların işini çətinə sala bilər.

 

"Qəbələ" isə səfərdə keçirilən ilk oyundan sərfəli nəticə ilə ayrılmağa çalışacaq.

 

17:00 “İnter” – “Qəbələ” 3 - 1

Qollar: Adrian Skarlatake, 18 - Daniel Subotiç, 15 (pen.), 48, Filip Ozobiç, 88 (pen.).

Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Əli Hüseynov

“İnter Arena”

 

19:30 “Neftçi” – “Qarabağ” 0 - 2

Qollar: Muarem Muarem, 13, Dino Ndlovu, 28

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Murad Məmmədov

“Bakcell Arena”

Xəbər xətti