Ozancan Kökcü Azərbaycan millisindən imtina edəcək?

10:40 - 30 Mart 2017

U-21 millimizin və Hollandiyanın "Feyenoord" klubunun yarımmüdafiəçisi Ozanca Kökcünün Türkiyənin "Bursaspor" klubuna transferi haqda məlumatlısız.

 

Sportal.az xəbər verir ki, ötən gün "timsahlar"la 4 illik müqavilə imzalayan futbolçu gələcəkdə Türkiyənin əsas yığmasında forma geyinə bilər. Bu barədə "Bursaspor"un vitse-prezidenti Ali Adəmoğlu məlumat verib:

 

"Bizim üçün xoş gündü. Skaut heyətimizlə yanaşı, bir çox klubun maraqlandığı futbolçu hazırda bizimlədi. Ötən gün Azərbaycan millisinin heyətində Türkiyə yığmasına qarşı oynadı. Həm istedadına, həm də müvafiq prosedurlara görə gələcəkdə milli komandamızda oynaya bilər. İyulun 1-də Ozancan bizimlə olacaq. Bir çox klublar bu keçid üçün bizə qəzəblənə bilərlər, amma biz böyük transfer reallaşdırdıq".

 

Xatırladaq ki, Ozancan Kökcünün adı "Fənərbaxça", "Maynts", "Mançester Siti" və "Mançester Yunayted"lə də hallanırdı.

Xəbər xətti