"Qarabağ"ın müdafiəçisi: "İndi mənim oynayan vaxtımdı"

11:10 - 30 Mart 2017

Əvvəllər milli komandaya çağırılan Elvin Yunuszadənin adını Robert Prosineçki heç namizəd kimi də hallanmır. Əslində, səbəbsiz deyil. Elvin “Qarabağ”da çox az-az oynayır. Belə düşünmək olar ki, mövsümün sonunda müqaviləsi başa çatan futbolçu özünə yeni klub axtaracaq. Sportal.az saytına açıqlama verən Yunuszadə durumuna belə aydınlıq gətirib:

 

“Qarabağ”da oyun praktikam azdı. Əlbəttə, xoş deyil. Çünki indi mənim oynayan vaxtımdı. Bəli, mövsümün sonunda müqaviləm bitir. Ancaq hələki bir qərara gəlməmişəm. İndi “Qarabağ”da hamımız çempionluğa köklənmişik. Mövsüm bitəndən sonra artıq karyeramı harada davam etdirəcəyim barədə düşünəcəyəm”

 

Elvin Yunuszadə bir ara azarkeşlər tərəfindən də xeyli tənqid olundu. Onun AL-də “Fiorentina” ilə (1:5) səfər matçında aldığı qırmızı vərəqə fanatları xeyli qəzəbləndirmişdi. Lakin Elvin azarkeşlərdən küsmür:

 

“Azarkeşləri çox yaxşı başa düşürəm, hamı məyus idi. Ancaq bu, futboldu. Qırmızı vərəqə də alırsan, qalib də gəlirsən, məğlub da olursan... Kim nə tənqid eləyibsə, sağ olsun. Mənə elə gəlir ki, belə vaxtlarda azarkeşlər futbolçuya dayaq olmalıdırlar”. 

Xəbər xətti