Millimizin futbolçusu: "Müller kimi futbolçulara qaşrı oynamaq fürsətimiz olmur"

13:01 - 30 Mart 2017

Millimizin və “Aue”nin futbolçusu Dmitri Nazarov açıqlama verib.

 

Image may contain: 4 people, people sitting and indoor

 

Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, martın 26-da DÇ-2018-in seçmə mərhələsində Almaniya – Almaniya matçında (1:4) Bundestimin qapısına yol tapan 26 yaşlı oyunçu yerli “Aue” klubunun fan-şop mağazasının qonağı olub. Gənc oyunçular və komandanın fanatları ilə görüşən milli üzvü Almaniyaya qol vurduğu oyundan da danışıb:

 

“Bu, mənim karyeram üçün dəyərli bir an idi. Tomas Müller kimi futbolçulara qaşrı hər zaman oynamaq fürsətimiz olmur”.

 

Nazarov II Bundesliqada “Sant Pauli”yə qarşı keçirəcəkləri matç barəsində də danışıb:

 

“Oyuna ciddi hazırlaşırıq. Qələbə vacibdi. İtirəcək heç nəyimiz yoxdu. Autsayderlərdən uzaqlaşmaq üçün qalib gəlməliyik. Son oyunda millinin heyətində yaxşı çıxış etdim. Həmin uğuru “Aue”də də davam etdirmək istəyirəm”.

Xəbər xətti