Millimizin Moldova ilə ikinci sınağı

13:13 - 30 Mart 2017

Futzal üzrə Azərbaycan və Moldova milli komandaları arasında bu gün növbəti yoldaşlıq oyunu keçiriləcək.

 

Sportal.az xəbər verir ki, yoldaşlıq oyununu FİFA referiləri Elçin Səmədli və Ramil Namazov idarə edəcək. Üçüncü hakim funksiyasını Hikmət Qafarlı yerinə yetirəcək.

 

Oyun saat 18:30-da başlayacaq və Bakı İdman Sarayında keçiriləcək.

 

Bu komandalar arasında dünən keçirilən oyunda millimiz 6:1 hesabı ilə qələbə qazanıb.

 

30 mart

Yoxlama oyunu

 

18:30. Azərbaycan - Moldova

Xəbər xətti