"Qarabağ"dan Volkan Dəmirələ sürpriz təklif

14:08 - 30 Mart 2017

“Qarabağ” “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirələ 2 illik müqavilə təklif edib.

 

Sportal.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. 

 

Lakin Volkan Dəmirəl “son ana qədər “Fənərbaxça”nın təklifini gözləyəcəm” deyib və Ağdam klubunun təklifini geri çevirib. 

 

Qeyd edək ki, Volkanın "Fənərbaxça" ilə müqaviləsi mövsümün sonunda başa çatır və istanbul klubu təcrübəli əlcək sahibinə yeni sözləşmə təklif etməyib.

 

Xatırladaq ki, 35 yaşlı qapıçı 2002-ci ildən "Fənərbaxça"da çıxış edir.

Xəbər xətti