"Borussiya"dan daha bir transfer

15:22 - 30 Mart 2017

“Borussiya” növbəti mövsüm üçün növbəti transferini həyata keçirib.

 

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi Münhenqladbax “Borussiya”sından Mahmud Daudu rənglərinə bağlayıb. Suriya əsilli almaniyalı futbolçu iyul ayının 1-də Dortmund klubunun düşərgəsinə qoşulacaq.

 

Qeyd edək ki, Almaniyanın 21 yaşlılardan ibarət milli komandasının üzvü olan Daud 2014-cü ildən “Borussiya”nın əsas komandasında çıxış edirdi.

 

Xatırldaq ki, "Borussiya" "Bayer"dən Türkiyə millisinin üzvü Ömər Toprakı da heyətinə qatıb.

Xəbər xətti