Millimiz Moldovanı yenə məğlub etdi

00:02 - 31 Mart 2017

Bu gün Bakı İdman Sarayında futzal üzrə Azərbaycan və Moldova milli komandaları arasında daha bir yoxlama oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Faiq Əliyevin dubl etdiyi oyunda yığmamızın digər qolunu Kardosa Everton vurub.

 

Xatırladaq ki, bu komandalar arasında martın 29-da keçirilmiş ilk oyunda da millimiz 6:1 hesabıyla qalib gəlmişdi.

 

Yoxlama oyunu
29 mart

Azərbaycan – Moldova - 3:2

Xəbər xətti