Volkan Dəmirəlin meneceri danışdı

00:58 - 31 Mart 2017

Adı "Qarabağ"la hallanan "Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəlin meneceri Erdinc Şehit açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, təcrübəli "əlcək sahibi"nin gələcəyi ilə bağlı danışıb. Şehit Türkiyə millisinin sabiq üzvünün "Fənərbaxça"da qalacağını bildirb:

 

"Volkan Dəmirəl uzun illər milli komandada və "Fənərbaxça"da oynamış bir futbolçudu. Ona görə də onunla bağlı bu cür xəbərlərin yayılması normaldı. Ancaq Volkanın "Fənərbaxça"dan ayrılmasıdan söhbət gedə bilməz".

 

Qeyd edək ki, 35 yaşlı qapıçı 2002-ci ildən "Fənərbaxça"da çıxış edir.

 

Xəbər xətti