Xames Rodriqes üçün nəhənglər mübarizə aparır

13:06 - 31 Mart 2017

Mövsümün sonunda Madrid "Real"ından ayrılacağı gözlənilən Xames Rodriqeslə Avropanın nəhəng klubları maraqlanır.

 

Sportal.az xəbər verir ki, bu mövsüm az şans qazanan kolumbiyalı oyunçu "kral klubu"ndan ayrılmaq niyyətindədir. AS qəzetində yer alan məlumata görə, "Real"ın çalışdırıcısı Zinəddin Zidan rəhbərliyə yeni mövsüm üçün Xamesi planlarında görmək istmədiyini bildirib.

 

"Liverpul"dan 75 milyon avro

 

İngiltərə Premyer Liqasında mübarizə aparan "Liverpul" 25 yaşlı yarımmüdafiəçi üçün 75 milyon avroluq büdcə ayırıb. "Qırmızılar" Çempionlar Liqasına vəsiqə qazansa "Real"ın qapısını döyəcək.

 

Yeni "İnter" üçün

 

Növbəti mövsüm iddialı komanda qurmaq istəyən İtaliya "İnteri" də Rodriqesin keçidində maraqlıdı. "Suning Group"un rəhbəri Çanf Yindonq ötən həftələrdə "Real"ın prezidenti Florentino Peres ilə də görüşmüşdü.

 

Image result for james rodriguez 2017

 

Mourinyo da istəyir

 

Joze Mourinyo ilə birgə çalışan məşhur agent Jorje Mendeş həm də Xamesin vasitəçisidi. Bu səbəb "Mançester Yunayted"in şansını artırır.

 

Xames Ançelotti heyranıdı

 

"Real"da Xameslə birgə çalışan Ançelotti kolumbiyalını "Bavariya"da görmək istəyir. Üstəlik, Rodriqes Ançelottinin böyük heyranı olduğunu dəfələrlə söyləyib.

 

Image result for james rodriguez 2017

 

"Yuventus", "Çelsi" və Psj

 

Son olaraq İtaliya və Fransa çempionları olan "Yuventus" və PSJ də Xames üçün "Real"a təklif göndərəcək. Futbolçu həmçinin, "Çelsi"nin də maraq dairəsindədi.

Xəbər xətti