"Mançester Yunayted" "Napoli"nin hücumçusuna "elçi düşdü"

16:16 - 31 Mart 2017

"Napoli"nin futbolçusu Dris Mertens "Mançester Yunayted"ə keçməyə çox yaxındır.

 

Sportal.az xəbər verir ki, ingilislər 29 yaşlı hücumçuya 4,7 milyon avro məvacibi olan müqavilə təklif edib. Məlumata görə, "Napoli"nin sahibi Aurelio de Laurentis ona yalnız 3 milyon avrro maaş verə biləcəyini açıqlayıb.

 

Qeyd edək ki, bu mövsüm Mertens "Napolinin heyətində 27 oyun keçirib və 20 qol vurub.

Xəbər xətti