"Fənərbaxça"nın prezidenti millimizlə oyuna görə federasiyaya etiraz etdi

18:05 - 31 Mart 2017

Fənərbaxça”nın prezidenti Əziz Yıldırım Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörənə etiraz edib.

 

Sportal.az xəbər verir ki, buna səbəb Türkiyə U-21 millisinin Azərbaycan U-21 yığması ilə keçirdiyi yoldaşlıq görüşünə “sarı lacivərtli”lərdən heç bir futbolçunun dəvət olunmamasıdı. Yıldırım bunu düzgün saymır:

 

“U-21 milli komandasında seçimlər düzgün aparılmayıb. Azərbaycanla görüşdə aşağı liqalardan futbolçular çağırılmasına baxmayaraq “Fənərbaxça”dan bir oyunuçu da dəvət almayıb”.

 

Xatırladaq ki, Türkiyə həmin matçda millimizə 4:0 hesabı ilə qalib gəlib. 

Xəbər xətti