"Qəbələ" 7 qolla qalib gəldi

00:16 - 1 Aprel 2017

Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlarını keçiriblər.

 

Sportal.az xəbər verir ki, U-19 komandası səfərdə “Kəpəz”ə böyük hesabla qalib gəlib – 4:1. 25 oyundan sonra 59 xala malik “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.

 

Eyni rəqiblə qarşılaşan U-17 səfərdən 3 xalla dönüb – 3:1. 20 qarşılaşmadan sonra 48 xala malik komanda turnir cədvəlinin 3-cü pilləsindədir.

 

“Neftçi” İK İB ilə görüşən U-16 ev oyununda 7 cavabsız qol vurub. 20 matç keçirən “Qəbələ” 46 xalla yarışın lideridi.

 

Son oyunu təxirə salınan U-15 18 matçda topladığı 50 xalla 1-ci pillədə qərarlaşıb. 

 

Qızlar liqasında çıxış edən “Qəbələ” “Fidan”a qalib gəlib - 3:0. 13 oyundan sonra 34 xala malik komanda yarışın lideridi.

Xəbər xətti