Nazarovlu "Aue" qələbə qazandı

00:03 - 1 Aprel 2017

Almaniya II Bundesliqasında 26-cı turun oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma azarkeşlər önündə “Sankt Pauli”ni qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

 

"Aue"nin yeganə qolunu Niki Adler 28-ci dəqiqədə rəqibin qapısından keçirib. Qolun ötürməsini də məhz Nazarov edib. Millimizin üzvü 77-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 26 oyundan sonra aktivində 26 xal olan “Aue” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. 

Xəbər xətti