Kamran Ağayevlə Emin Mahmudovun növbəti sınağı

12:26 - 1 Aprel 2017

Portuqaliya Premyer Liqasında 27-cı turun növbəti oyunları baş tutacaq.
 
Sportal.az xəbər verir ki, milli komandamızın üzvləri amran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" doğma meydanda "Riu Ave"ni qonaq edəcək. Hər iki futbolçunun "Riu Ave"yə qarşı matçda start heyətdə yer almayacağı gözlənilir.
 
Qarşılaşma Bakı vaxtilə saat 21:15-də start götürəcək.
 
Qeyd edək ki, 26 oyundan sonra “Boavişta” 34 xalla 9-cu, onun rəqibi “Riu Ave” isə 35 xalla 8-ci yeri tutur.

Xəbər xətti