Rüfət Dadaşov oynadı, komandası xal itirdi

00:56 - 2 Aprel 2017

Almaniyanın Şimal-Şərq Regional Liqasında 26-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu - "Moyzelvits" səfərdə "Noyqersdorf"la qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Oyuna start heyətdə başlayan Dadaşov yenə 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, "Moyzelvits" hazırda 30 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb

Xəbər xətti