Emin oynadı, Kamranı görən olmadı

00:30 - 2 Aprel 2017

Portuqaliya Premyer Liqasında 27-cı turun növbəti oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" bu turda doğma meydan matçına çıxıb. Portu təmsilçisi "Rio Ave"ni qəbul edib. Qarşılaşma qonaqların 0 - 1 hesablı qələbəsi ilə başa çatıb.

 

Millimizin üzvlərindən Emin Mahmudov 84-cü dəqiqədə meydana daxil olub. Kamran Ağayevin adı isə gözlənildiyi kimi, matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, 27 oyundan sonra “Boavişta” 34 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti