“Neftçi”də itkilər

11:52 - 2 Aprel 2017

Azərbaycan Premyer Liqasının XXIV turunda “Sumqayıt”ın qonağı olacaq “Neftçi”nin heyətində itkilər var.

 

Sportal.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayev bu gün baş tutacaq görüşdə iki futbolçunun xidmətindən istifadə edə  bilməyəcək.

 

Söhbət yarımmüdafiəçilər – Tərzin Cahangirov və Ruslan Abışovdan gedir.  Əldə etdiyimiz məlumata görə, Cahangirov komandanın son məşqlərinin birində zədələndiyi üçün heyətdən çıxarılıb. Onun ölkə kubokunun yarımmfinal mərhələsinin cavab oyununda “Qarabağ”la qarşılaşmaya qədər hazır olacağı gözlənilir.

 

Təxminən 3 həftədir zədəli olan Ruslan Abışov isə “gənclik şəhəri” təmsilçisi ilə oyunda böyük ehtimalla iştirak etməyəcək.

 

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu saat 16:30-da başlayacaq.  

Xəbər xətti