Eddi İsrafilov da işə yarayarmış VİDEO

14:20 - 2 Aprel 2017

İspaniya Sequndasında XXXII turun oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” səfərdə “UCAM Mursiya” ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
 
Oyuna start heyətində başlayan Eddi ilk hissəyə əlavə olunmuş birinci dəqiqədə komandasının yeganə qoluna imza atıb.
 
İsrafilov "Kadis"də bundan əvvəl keçirdiyi 17 oyunda qol və assistlə yadda qalmamışdı. Eddi sonuncu dəfə 2013/14-cü il mövsümündə qol vurmuşdu. Bununla da millimizin üzvü 2 illik tilsimi qırıb.

 

Qeyd edək ki, 32 oyundan sonra aktivində 51 xal olan “Kadis” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

Xəbər xətti