Millimizin üzvü Premyer Liqada növbəti oyununu keçirdi

18:18 - 2 Aprel 2017

Ukrayna Premyer Liqasında XXIII tur davam edir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Stal” səfərdə “Karpatı” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Matça start heyətində başlayan Pavel 90 dəqiqə meydanda olsa da, heç nə ilə yadda qalmayıb.
 
Qeyd edək ki, 23 oyundan sonra aktivində 24 xal olan “Stal” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər xətti