Millimizin üzvü "Konyaspor"a qarşı oynadı

23:55 - 2 Aprel 2017

Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" səfərdə "Konyaspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2 - 0 hesablı qələbəsi ilə başa çatıb.

 

Dəniz Yılmaz matça start heyətdə başlayıb və 90 dəqiqə ərzində meydanda olub.

 

Qeyd edək ki, 26 turdan sonra aktivində 32 xal olan "Bursaspor" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti