"Dnepr"in futbolçusu: "Babam Azərbaycanda tanınmış hərbçi olub"

12:42 - 3 Aprel 2017

“Anamın yarı tərəfdən azərbaycanlıdı. Təəssüf ki, artıq aramızda olmayan babam Azərbaycanda tanınan hərbçi olub. AFFA-dakı insanlar onun vasitəsilə mənlə əlaqə saxladılar”.

 

Sportal.az xəbər verir ki, bu fikirləri “Dnepr”in futbolçusu Dmitri Nağıyev bildirib. Ukrayna Premyer Liqasının son turunda “Zvezda”ya 1:0 hesabı ilə qalib gəldikləri matçda qələbə topunun müəllifi olan gənc müdafiəçi U-21 yığmamıza gəlişi haqda sualı cavablandırıb:

 

“Mənə Azərbaycan yığmasında oynamağı təklif etdilər. Mən fikirləşərək belə dedim - Niyə də yox? Özümü sınamağa qərar verdim. Üstəlik, həmin vaxt “Qəbələ” variantım vardı. Vəətndaşlıq mənə kömək oldu. Mən legioner sayırlmırdım. Sonra hər şey gözlədiyim kimi alınmadı. Ancaq Azərbaycan pasportunu aldım və gənclər yığmasında bir neçə oyun keçirdim. Yeri gəlmişkən, çoxları elə düşünür ki, Azərbaycan köklərim atam tərəfdəndir. Hərçənd, hər şey əksinədi. AFFA-nın saytında məni Dmitri Ruslan oğlu Nağıyev kimi yazanda - onlarda belə qəbul olunub - anam bərk güldü, atamla zarafatlaşdı. Ümumiyyətlə, Azərbaycanda qohumlarım, tanışlarım çoxdu. “Zvezda” ilə oyundan sonra çoxlu zəng, məlumat aldım. Hərçənd, üzdə olanda hamı zəng edir. Ən xoş olan budu ki, hətta oynamadığımda da Azərbaycandan yazırlar, zəng edirlər”.

 

21 yaşlı Nağıyev anadan olduğu Ukraynanın yığmasında oynamaq perspektivindən də danışıb: “Bu ölkənin yığmasının qapıları o vaxt üzümə bağlanacaq ki, Azərbaycan milli komandasının heyətində rəsmi matçda oynayacağam. FİFA-nın qaydaları belədir. Hərçənd, gözəl başa düüşrəm ki, mənim səviyyəm hələ birinci yığmaya uyğun deyil”. 

Xəbər xətti