"İnter" və "Zirə" cəzalandı

12:42 - 4 Aprel 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Birinci divizionun 22-ci turunun “Şəmkir” - “Qaradağ Lökbatan” matçının 83-cü dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Elmin Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

Birinci divizionun 22-ci turunun “Şahdağ” - “Səbail” matçında “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 24-cü turunun “Qəbələ” - “Zirə” matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

 

Oyunun 13-cü dəqiqəsində “Zirə”nin futbolçusu Rəvan Kərimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 24-cü turunun “İnter” - AZAL matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Xəbər xətti