Səlahət Ağayev "Qəbələ"yə qarşı oynamayacaq

13:58 - 4 Aprel 2017

Millimizin Qətərlə keçirdiyi yoxlama oyununda zədə alan “İnter”in qapıçısı Səlahət Ağayev tam bərpa olmayıb.

Sportal.az xəbər verir ki, təcrübəli əlcək sahibi buna görə ölkə kubokunun yarımfinal mərhələsində "Qəbələ" ilə cavab matçında komandasına kömək edə bilməyəcək.
 
Klubdan əldə etdiyimiz məlumata görə, komanda ilə məşqlər edən Ağayevin Premyer Liqanın 25-ci turunda "Zirə" ilə oyunda meydana çıxacağı gözlənilir.
 
Qeyd edək ki, "Qəbələ" - "İnter" matçı aprelin 5-də keçiriləcək.

Xəbər xətti