21 illik rekord təkrarlandı

18:51 - 4 Aprel 2017

“Real”ın müdafiəçisi Naço Fernandes La Liqanın 29-cu turunda “Alaves”i 3:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.

 

Sportal.az xəbər verir ki, Naço cari mövsümdə madridlilər heyətində ölkə çempionatında qol vuran 19-cu futbolçu olub. “Kral klubu”nun heyətindən La Liqada meydan oyunçularından yalnız Daniel Karvahal və Fabiu Koentrau fərqlənməyi bacarmayıb.

 

Bununla da “Real” 1994/95-ci ildə “Valensiya”nın, 1 il sonra özünün rekordunu təkrarlayıb. Madridlilərin vurduğu qolların 25 faizi 19 dəfə fərqlənən Kriştianu Ronaldonun payına düşür.

 

Qeyd edək ki, cari mövsümdə “Selta”nın 16, “Barselona”nın isə 14 müxtəlif futbolçusu La Liqada qol sevinci yaşayıb.

Xəbər xətti