"Liverpul"da Mane şoku

19:30 - 4 Aprel 2017

"Liverpul"un yarımmüdafiəçisi Sadio Mane mövsümün sonuna qədər oynamaya bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə  klubun baş məşqçisi Yurgen Klopp açıqlama verib.
 
"Tam əmin olmasaq da, Manenin mövsümün sonuna qədər oynamamaq ehtimalı var.  Bir az daha gözləməliyik. "Bornmut"la matçda meydana çıxmayacağı isə dəqiqləşib"
 
Qeyd edək ki, seneqallı futbolçu İngiltərə Premyer Liqasının 30-cu turunda "Everton"la oyunun 57-ci dəqiqəsində dizindən zədələnib.

Xəbər xətti