"Bavariya" "Hoffenhaym"a məğlub oldu VİDEO

01:15 - 5 Aprel 2017

Almaniya Bundesliqasında 27-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, turun ilk oyun günündə lider “Bavariya” 3-cü pillədə qərarlaşmış “Hoffenhaym”ın qonağı olub. Münhen təmsilçisini cari mövsümdə evdə məğlub olmayan rəqibə qarşı çətin səfər oyunu gözləyirdi. Karlo Ançelottinin yetirmələri "Hoffenhaym"ın müsbət seriyasını qıra bilməyiblər. Minimal hesabla qalib gələn "Hoffenhaym" evdə məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib.


"Hoffenhaym" - "Bavariya"  1:0

Qol: Kramariç, 21.

 

Xəbər xətti