Dmitri Nazarovun məhsuldar ötürməsi VİDEO

10:29 - 6 Aprel 2017

Almaniya II Bundesliqasında XXVII turun oyunları keçirilir.
 
Sportal.az xəbər  verir ki, millimizin futbolçusu Dimitri Nazarovun şərəfini qoruduğu “Aue” bu dəfə səfər  matçına çıxıb. “Bənövşəyilər” “Union Berlin”in qonağı olub.
 
Matç “Aue”nin minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1. “Aue”nin 88-ci  dəqiqədə vurduğu qolda Nazarovun da xüsusi payı olub.  Belə ki, onun məhsuldar ötürməsindən sonra Caloqero Rizzuto hesabı açıb.
 
“Aue” bu qələbədən sonra xallarının sayını 29-a çatdırı və turnir cədvəlində 15-ci pilləyə yüksəlib.

 


All Goals & Highlights HD - Union Berlin 0-1... by alletore2

Xəbər xətti