Sabiq "Qəbələ"li İspaniya La Liqasında

10:44 - 6 Aprel 2017

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams özünə yeni iş yeri tapıb.

 

Sportal.az xəbər verir ki, Adams "Qranada" klubunun idman direktoru vəzifəsinə təyin edilib.

 

50 yaşlı mütəxəssisin son iş yeri Çinin "Çuntsin Danqday Lifan" klubu idi. "Arsenal"ın əfsanəsi Çin komandasının da idman direktoru idi.

 

Xatırladaq ki, Toni Adams "Qəbələ"də baş məşqçi və idman direktoru vəzifələrində də işləyib.

Xəbər xətti