"Borussiya"da yeni müqavilə

15:11 - 6 Aprel 2017

Almaniya Bundesliqasında mübarizə aparan "Borussiya" (Dortmund) klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi Lukaş Pişeklə yeni müqavilə imzalayıb. Polşalı müdafiəçi ilə müqavilə 2019-cu ilə qədər uzadılıb.

 

Qeyd edək ki, 31 yaşlı futbolçu 2010-cu ildən "Borussiya"da çıxış edir.

Xəbər xətti