Obameyanq cəzalandı - maska taxdığı üçün

15:48 - 6 Aprel 2017

Dortmund “Borussiya”sı Pyer-Emerik Obameyanqı cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, hücumçu 100 min avro cərimə olunub. Obameyanq “Şalke” ilə oyunda qol vurduqdan sonra qeyri-adi qol sevincinin güdazına gedib. O, qol vurduqdan sonra “Hörümçək adam”ın maskasını taxmışdı.

 

Maska “Nike” firmasına məxsus olub. “Borussiya”nın sponsoru isə “Puma” kompaniyasıdı.

Xəbər xətti