"Bavariya"da Levandovski şoku

16:52 - 6 Aprel 2017

Aprelin 8-də ölkə çempionatında “Borussiya” (Dortmund), bundan 4 gün sonra isə Çempionlar Liqasında Madrid “Real”ı ilə qarşılaşacaq “Bavariya” ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin aparıcı futbolçusu Robert Levandovski komandanın bu gün baş tutan məşqində zədə alıb və hazırlığı yarımçıq başa vurub.

 

Dərhal tibbi müayinəyə aparılan futbolçunun zədəsi ilə bağlı rəsmi açıqlama yaxın saatlarda veriləcək.  İlkin ehtimallara görə, polşalı forvardın əzələsində problem var.

 

Qeyd edək ki, Levandovski bu mövsüm Münhen təmsilçisinin heyətində 24 qol vurub.

Xəbər xətti