"Zirə"də ciddi itki

18:14 - 6 Aprel 2017

Premyer Liqanın 25-ci turunda "İnter"lə qarşılaşacaq "Zirə"nin heyətində ciddi itki var.

 

Sportal.az xəbər verir ki, paytaxt tməsilçisinin aparıcı futbolçularından olan Sadiq Quliyev sıradan çıxıb. "Qartallar"ın məşqində zədələnən gənc müdafiəçi komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Zirə" - "İnter" qarşılaşması 10 aprel tarixində saat 15:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq

 

Xəbər xətti